...

Azərbaycanda 2017-2025-ci illər üzrə reproduktiv sağlamlığa dair milli strategiya hazırlanır

Cəmiyyət Materials 31 May 2018 12:30 (UTC +04:00)
2017-2025-ci illər üzrə reproduktiv sağlamlığa dair milli strategiya hazırlanır.
Azərbaycanda 2017-2025-ci illər üzrə reproduktiv sağlamlığa dair milli strategiya hazırlanır

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda 2017-2025-ci illər üzrə reproduktiv sağlamlığa dair milli strategiya hazırlanır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlərdən biri də Azərbaycan hökümətinin və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanmasıdır:

"Hesab edirəm ki, hazırlanacaq Milli Fəaliyyət Planının qız uşaqlarına ailədə, cəmiyyətdə lazimi töhfələrin verilməsinə imkan yaradacaq".

S.Qəhrəmanova deyib ki, BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda uşağın cinsinə görə selektiv abortların qarşısının alınması, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyərin veriıməsi, gender əsaslı zorakılıqla mübarizə məqsədilə 3 illik yeni layihənin icrasına başlanılıb.

Layihənin əsas hökümət tərəfdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Layihə çərçivəsində KİV nümayəndələri, gənc atalar, kişilər, oğlanlar üçün təlimlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti