...

İcra Hakimiyyəti: Göyçayda selin vurduğu ziyan hesablanır, binaların birində yaşayışa icazə verilməyə bilər (ÖZƏL)

Cəmiyyət Materials 4 İyun 2018 11:29 (UTC +04:00)
Göyçayda selin törətdiyi fəsadlar nəticəsində dəymiş ziyan müəyyənləşdirilir.
İcra Hakimiyyəti: Göyçayda selin vurduğu ziyan hesablanır, binaların birində yaşayışa icazə verilməyə bilər (ÖZƏL)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Göyçayda selin törətdiyi fəsadlar nəticəsində dəymiş ziyan müəyyənləşdirilir.

Bu barədə Trend-ə açıqlamasında Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev deyib.

O bildirib ki, hazırda komissiya əhaliyə dəymiş ziyanı müəyyənləşdirir: "Hadisə nəticəsində rayon ərazisində və kəndlərdə əkin sahələri məhv olub. Hazırda komissiya üzvləri yerlərdə işləyir, bu məsələlərlə məşğuldur".

İ.Vəliyev qeyd edib ki, sel nəticəsində Göyçay çayının yaxınlığındakı binadan köçürülən ailələrin bəziləri evlərinə qaytarılıb:

“Yaxınlıqdakı digər binadan köçürülən 5 ailə isə hələ də qohumlarının mənzillərində müvəqqəti məskunlaşıb. Həmin binanın vəziyyəti hazırda araşdırılır. Ola bilsin ki, həmin ailələr o binaya qaytarılmadı. Çünki bina çayın kənarına çox yaxındır, ola bilər ki, həmin binada yaşayışa icazə verilməsin. Binanın artırma hissələri çoxdur və bu da çayın kənarına çox yaxındır".

Rayon FHK sədri həmin binanın artırma hissəsi ləğv edildikdən sonra binada yaşayışa icazə veriləcəyini istisna etməyib.

Xatırladaq ki, Göyçay çayının Göyçay rayonu ərazisindən keçən hissəsində sel avtomobil və piyada körpülərini də dağıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti