Neftçala. İlkin Şəfiyev - Trend:
Neftçala sənaye zonasında yerləşən “Khazar” Azərbaycan-İran avtomobil zavodu bu ilin sonunadək iki minə yaxın avtomobil istehsal etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, bu müddət ərzində zavod “Khazar”, eləcə də “Peugeot” və “Renault” markası altında 8 avtomobil modelinin istehsalatını təşkil etmək niyyətindədir:
“Avtomobillərin qiyməti 14-20 min manat arasında dəyişəcək. Əgər biz detal istehsalına başlasaq, perspektivdə qiymətlər 12-13 faiz azala bilər. Eləcə də, avtomat ötürücülər qutusu ilə avtomobillərin buraxılışı nəzərdə tutulur. Ümumilikdə, zavodun aylıq istehsalat gücü ilk mərhələdə 160 avtomobil təşkil edəcək”.