...

Azadlıqdan məhrum edilən şəxs UNEC-in əməkdaşı deyil

Cəmiyyət Materials 12 İyun 2018 10:09 (UTC +04:00)
UNEC bəzi KİV-lərdə ötən gün yayılan məlumata aydınlıq gətirib.
Azadlıqdan məhrum edilən şəxs UNEC-in əməkdaşı deyil

Bakı. Trend:

UNEC bəzi KİV-lərdə ötən gün yayılan məlumata aydınlıq gətirib.

Belə ki, iyunun 11-də bəzi KİV-lərdə dələduzluqda təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edilən Vəfa Osmanlının Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı olduğu qeyd edilib.

UNEC-dən Trend-ə bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Vəfa Osmanlı adlı əməkdaşı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti