...

YENİLİK: Sürücülər cərimələri "MilliÖN"də ödəyə biləcəklər

Cəmiyyət Materials 13 İyun 2018 07:45 (UTC +04:00)
Sürücülər cərimələri "MilliÖN"də ödəyə biləcəklər.
YENİLİK: Sürücülər cərimələri "MilliÖN"də ödəyə biləcəklər

Bakı. Hüseyn Vəliyev - Trend:

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi mümkün olacaq.

Bu barədə Trend-ə həmin terminalların quraşdırılması və servisi ilə məşğul olan “Komtec” şirkətindən bildiriblər.

Qeyd olunub ki, inteqrasiya üzrə işlər “AsanPay” sistemi üzərindən aparılır:

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi yaxın günlərdə mümkün olacaq”.

Gələcəkdə ödəmə terminalları vasitəsilə vergi və gömrük rüsumlarının ödənilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti