...

İcra başçısı: Tərtərdə pambıq sahəsində zəhərləndiyi deyilən 14 nəfərin hamısı evə buraxılıb

Cəmiyyət Materials 17 İyun 2018 18:29 (UTC +04:00)
Tərtərdə pambıq sahəsində zəhərləndiyi deyilən 14 nəfərin hamısı evə buraxılıb.
İcra başçısı: Tərtərdə pambıq sahəsində zəhərləndiyi deyilən 14 nəfərin hamısı evə buraxılıb

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda pambıq sahələrindən birində zəhərləndiyi deyilən 14 nəfərin vəziyyəti yaxşıdır, onların hamısı evə buraxılıb.

Bu barədə Trend-ə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

M.Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: "Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib".

İcra Hakimiyətinin başçısı həmçinin qeyd edib ki, hadisəyə səbəb sahədə istifadə olunan dərman vasitələri olmayıb:

"Dərmanın təsiri 2 gün müddətində olur, üzərində bu barədə yazılıb. Dərman vurulandan sonra yağış yağıb. Dərman ayın 11-də vurulub, sahəyə isə onlar ayın 16-da çıxıblar. Çox guman ki, onların vəziyyəti günvurma ilə əlaqədar pisləşib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti