...

Fuad Muradov: Son iki ayda Diasporla İş üzrə Dövlət Komitəsində müəyyən işlər görülüb (FOTO)

Cəmiyyət Materials 5 İyul 2018 12:35 (UTC +04:00)
Son iki ayda Diasporla İş üzrə Dövlət Komitəsində daxili nizam-intizam qaydaları ilə bağlı müəyyən işlər görülüb.
Fuad Muradov: Son iki ayda Diasporla İş üzrə Dövlət Komitəsində müəyyən işlər görülüb (FOTO)

Bakı. Samir Əli - Trend:

Son iki ayda Diasporla İş üzrə Dövlət Komitəsində daxili nizam-intizam qaydaları ilə bağlı müəyyən işlər görülüb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə əlaqədar keçirilən mərasimdə komitə sədri Fuad Muradov deyib.

Dövlət Komitəsinin sədri deyib ki, bir neçə istiqamətlər üzrə fəaliyyət olub.

"Biz Heydər Əliyevin diasporla bağlı fərman və sərəncamları bir daha gündəmə gətirdik və tezislər şəklində nəşr buraxdıq. Diasporla İş üzrə Dövlət Komitəsinin girişində Heydər Əliyevin büstü yaradılması vacib idi. Daxili nizam-intizam qaydalarının yaradılması üçün işlər həyata keçirildi. İlk xarici səfərimiz Türkiyəyə oldu, yerli soydaşlarımızla, eləcə də Rusiyanın Həştərxan şəhərində diaspor fəalları ilə görüşdük. Daha sonra Gürcüstan səfərimiz oldu. Yaxın zamanlarda isə Avropaya səfər nəzərdə tutulub".

O bildirib ki, sədr təyin olunduğu aprel ayından indiyədək müsbətə doğru bir sıra addımlar atılıb: “Komitə media nümayəndələri ilə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqda maraqlıyıq”.

F.Muradov qeyd edib ki, komitə bir sıra xarici ölkələrdə görüşlər keçirib. O bildirib ki, komitənin yeni loqosu, himni və diaspor xəritəsi hazırlanıb.

Xəbər lenti

Xəbər lenti