...

Bakı və Buxarest arasında birbaşa aviareys açıla bilər

Cəmiyyət Materials 6 İyul 2018 21:06 (UTC +04:00)
Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reys açmağı planlaşdırır
Bakı və Buxarest arasında birbaşa aviareys açıla bilər

Bakı. Ənvər Məmmədov - Trend:

Rumıniyanın dövlət aviaşirkəti TAROM Buxarestdən Bakıya birbaşa reys açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu şirkətin baş direktoru Verner Volf deyib.

V.Volf bildirib ki, aviaşirkət 2018-ci ilin sonunadak Bakı, Odessa və Tbilisiyə birbaşa aviareyslər açmağı nəzərdə tutur və bununla əlaqədar yeni təyyarələrin alınması planlaşdırılır.

Qeyd olunur ki, uçuşların A318 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti