...

Bu il Azərbaycandan Həccə gedən zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir

Cəmiyyət Materials 30 İyul 2018 16:28 (UTC +04:00)
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib.
Bu il Azərbaycandan Həccə gedən zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, artıq sənədlərin qəbulu başa çatıb. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir. Həccə gedənlər avqustun 11-dən 15-ə qədər yola düşəcəklər, qayıtma vaxtı isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti