...

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “WoWoman in ME-2" başlayır

Cəmiyyət Materials 9 Avqust 2018 11:47 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “WoWoman in ME-2" başlayır
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “WoWoman in ME-2" başlayır

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bizim ən böyük və uğurlu tədbirimiz – “WoWoman in ME-2" başlayır.

WoWoman – ən böyük arzu və məqsədlərin gerçəkləşməsi üçün məkan və imkanlar yaratmaq naminə təsis edilmiş qadın inkişaf platformasıdır.

WoWoman in Me

Xanımlara gündəlik həyatları və peşəkar karyeralarına sahibkarsayağı yanaşma tərzi ilə proaktiv lider olmağı öyrənməkdə lazım olan güvən, mühit və real imkanları təmin etmək üçün təşkil olunmuş xüsusi proqramdır.

- Proqram nədən ibarətdir?

10 sessiya

- Hər sessiya həftəsonları (Şənbə günləri 17:00-20:00, Bazar günləri 11:00-14:00) 3 saatlıq müddətə nəzərdə tutulur. (dəqiq tarix aşağıda qeyd olunub)

25 mentor

- Aparıcı yerli peşəkarlar 3 aylıq fərdi mentorluq müddətində məqsədlərinizə çatmaqda yardım etmək üçün öz zaman və enerjilərini sizlərə həsr edəcəklər.

3 ay fərdi mentorluq

- Fərdi proqram sonrası mentorluq fəaliyyətiniz və sizə gərəkən dəstəyi müzakirə etmək üçün mentorunuzla şəxsən və ya onlayn şəkildə görüş daxildir.

1 möhtəşəm bağlanış konfransı

- Noyabr ayının əvvəli qabaqcıl yerli və beynəlxalq spikerlərin iştirakı ilə 300 nəfər qonaqdan ibarət möhtəşəm bağlanış konfransı baş tutacaq.

Sizləri nələr gözləyir?

İnteraktiv sessiyalar

- Klassik məktəbsayağı mühazirələr gözləməyin, daima hərəkətdə olacaq, öz daxilinizə qərq olacaq və hər addımınızda böyüyəcəksiniz.

Tapşırıq və öhdəliklər

- Hər sessiya sonrası bir həftə boyunca yerinə yetirilməsi gərəkən fərdi və ya komanda tapşırıqları və öhdəliklər veriləcək.

Əyləncə və yeni mühit

- Həmfikirlərinizlə tanış olacaq, qabaqcıl yerli peşəkarlar tərəfindən mentor olunacaq və rəqs dərsləri və digər fəaliyyətlər daxil olmaqla bolluca əylənəcəksiniz.

Bu 5 həftəlik intensiv proqramdır. Daha yaxşı nəticələr əldə etmək üçün bütün dərslərdə iştirakınız tələb olunur.

Xəyal qur:

Modul 1: 22 - 23 sentyabr

Cəhd et:

Modul 2: 29 - 30 sentyabr

İnkişaf et:

Modul 3: 6 - 7 oktyabr

Əhatəni genişləndir:

Modul 4: 13 -14 oktyabr

İlhamlan:

Modul 5: 20 - 21 oktyabr

İŞTİRAK HAQQI

Tərəfdaşlarmızın dəstəyi sayəsində bu möhtəşəm proqram sizlər üçün ÖDƏNİŞSİZDİR.

Proqram kimlər üçündür?

Tələbələr və ya peşəkar karyeralarının erkən pillələrində olanlar;

İngilis-dili səviyyəsi ən azı Intermediate olanlar;

Öyrənmək, inkişaf etmək və təcrübələrini paylaşmağa hazır olanlar;

Azərbaycanın bölgələrindən seçilmiş 10 xanım üçün Bakıya yol xərci ödəniləcək!

Tətbiq et, öyrən və cəmiyyətimizə təsir yarat!

- TƏLƏBLƏR

10 dərsin hər birində, bağlanış konfransında və 3 aylıq mentorluqda, iştirakınız vacibdir.

Eyni zamanda həftə ərzində verilən qrup və ya fərdi tapşırıqları yerinə yetirmək lazımdır.

Qeydiyyat formu 13 avqustadək açıqdır.

İştirakçılar qeydiyyat ərəfəsində seçiləcək, bu o deməkdir ki, nə qədər tez bir vaxtda qeydiyyatdan keçsəniz, bir o qədər şansınız artacaq. Nəticələr 13 avqustdan sonra açıqlanacaq.

Qeydiyyat linki : http://wowoman.org/wowomaninme2

Hər hansı bir sualınız olsa bu nömrə ilə əlaqə saxlaya bilərsiniz:

Gültən Əsgərli +994707082268

Məqalədə:
Xəbər lenti

Xəbər lenti