...

Azərbaycan-İran avtomobil zavodu istehsalı 3 dəfədən çox artırmağı planlaşdırır (ÖZƏL)

Cəmiyyət Materials 29 Avqust 2018 07:01 (UTC +04:00)
Azərbaycan-İran avtomobil zavodu istehsalı 3 dəfədən çox artırmağı planlaşdırır.
Azərbaycan-İran avtomobil zavodu istehsalı 3 dəfədən çox artırmağı planlaşdırır (ÖZƏL)

Bakı. Mətanət Nəsibova - Trend:

2018-ci ilin sonunadək "Xəzər" Azərbaycan-İran avtomobil zavodunda 1,5 min avtomobil istehsalı planlaşdırılır.

Bu barədə Trend-ə zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətindən bildiriblər.

Qeyd olunub ki, yaxın 2-3 ildə müəssisədə istehsal həcminin 3 dəfədən çox artırılması nəzərdə tutulur:

"Artıq 2019-cu ildə avtomobil istehsalını ildə 3 min, 2020-2021-ci illərdə isə 5 min ədədə çatdırmaq planlaşdırılır".

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.

Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək. Avtomobillərin Ukrayna, Rusiya və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti