...

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində məşqlər başladı (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2018 11:22 (UTC +04:00)
Sentyabrın 27-dən 30-dək Azərbaycanda ilk dəfə keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Bakıda və şairin dogma diyarı Şamaxıda müxtəlif səpkili proqramlar təşkil olunacaq.
Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində məşqlər başladı (FOTO)

Bakı. Trend:

Sentyabrın 27-dən 30-dək Azərbaycanda ilk dəfə keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Bakıda və şairin dogma diyarı Şamaxıda müxtəlif səpkili proqramlar təşkil olunacaq.

Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək festival proqramı üzrə bu günlərdə artıq məşqlər başlayıb.

Ötən gün festivalın bağlanışında Bakı Media Mərkəzində təqdim olunacaq ədəbi-musiqi kompozisiyanın növbəti məşqi olub.

Sentyabrın 30-da Bakı Media Mərkəzində tamaşaçılara İmadəddin Nəsiminin şeirlərindən ibarət kompozisiya təqdim ediləcək.

Bu mərasim zamanı eyni zamanda “Söz” ədəbi layihəsi çərçivəsində Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti