700 bal toplamış abituriyentlər alimlərlə görüşüb (FOTO)

700 bal toplamış abituriyentlər alimlərlə görüşüb (FOTO)

Bakı. Trend:

Prezident yanında Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, görüşdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, BDU-nun Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərli, AMEA-nın Gənc alim və mütəxəssislər Şurasının sədri Famin Salmanlı, Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara gələcək təhsil və karyera yolunda uğurlar arzulayıb.

Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirən O.Səmədov iki gün öncə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüş gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə çağırıb: “Qəbul imtahanlarında heç bir səhvə yol verməyən abituriyentlər olduğunuza görə sizi elmin ən yüksək zirvəsində olan akademiklərimizlə görüşdürürük. Ölkəmizdə təhsilin sürətlə inkişafının nəticəsində ən çox bal toplayan tələbələrin sayı ötən il 15 nəfər olmuşdusa, bu il 29-a çatdı. Bu hadisə hamının sevincinə səbəb oldu. Azərbaycanda təhsilin elmə inteqrasiyası prosesi sürətlə davam etdirilir. Biz əminik ki, siz məhz bu prosesdən yararlanacaq və uğurlarınızla bundan sonra da ictimaiyyəti sevindirəcəksiniz”.

Sonra təbrik üçün söz akademiklərə verilib. Akademik Nərgiz Axundova qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə alimlərin bir araya gəlməsinin təqdirəlayiq hal olduğunu deyib: “Qarşılıqlı müzakirə etmək imkanımız yaranıb. Öncə sizi bu uğura görə təbrik edirəm. 17 yaşda olan insan perspektivi aydın görməyə bilər. Ancaq siz ağıllı və intellektual insanlarsınız, bu baxımdan qarşınıza aydın məqsəd qoya bilər və bu məqsədə doğru irəliləməyi bacaracaqsınız. Bəziləriniz elmin arxasınca gedəcək, bəziləriniz istehsalatı seçəcəksiniz. Fərq etməz, biz alimlər həmişə sizin yanınızda olacağıq. Əsas odur ki, seçdiyiniz hər hansı peşəni mükəmməl öyrənəsiniz. Dövlət daim qayğınıza qalır, bu imkanlardan istifadə edərək, gələcək həyatınızda məqsədinizə çata və cəmiyyətimizin inkişafına təkan ola bilərsiniz”.

Akademik Vaqif Fərzəliyev yüksək nailiyyət qazanan tələbələri və onların valideynləri ilə müəllimlərini təbrik etdiyini bildirib: “Sizin bitirdiyiniz məktəblər barədə məlumatlarla tanış olanda bir həqiqət aşkara çıxır. Əsas o deyil ki, tanınmış məktəbləri bitirəsiniz, əsas odur ki, harada oxumağınızdan asılı olmayaraq, dərslərinizi mükəmməl öyrənəsiniz. Siz bu nümunəni təqdim etdiniz. Bundan sonra bilikli mütəxəssisə çevrilməlisiniz. Elmlə təhsilin vəhdəti güclənir. Siz yüksək təhsil almaqla elmin yolu ilə büdrəmədən gedə bilərsiniz. Unutmayın ki, siz xalqın genefondunu təşkil edirsiniz. Sağlam ruhla və biliklə xalqın işıqlı gələcəyini təmin etmək öz əlinizdədir”.

Akademik Möhsün Nağısoylu fikrini məşhurların elm haqqında sitatları ilə diqqətə çatdırdı: “Ən şərəfli yol elmin, biliyin yoludur. Bu barədə peyğəmbərlər, dahi şairlər, yazıçılar çox dəyərli fikirlər səsləndiriblər. Sizi qarşıda yeni sınaqlar gözləyir. İnanıram ki, belə uğurlu başlanğıcla ən çətin maneələri asanlıqla aşacaq və daha böyük nailiyyətlər əldə edəcəksiniz. Sizə sevgi arzulayır, bütün işlərinizi məhəbbətlə görməyi tövsiyə edirəm”.

Akademik Cavad Abdinov tələbələri qəhrəmanlar adlandırdı: “O adama hörmət edirlər ki, sənətini mükəmməl bilir. Peşənizi mükəmməl bilin, sevgi ilə tətbiq edin, vətənə və dövlətə xeyir verin”.

Akademik Yusif Məmmədov tələbələri həvəslə irəliləməyə çağırıb: “Siz yüksək mərhələni fəth etmişiniz. Ancaq oxuduqca görəcəksiniz ki, bilmədiyiniz çox şeylər var. Bütün bağlı qapıları biliyin gücü ilə açacaqsınız. Öyrəndiyiniz hər şeyi elmi səviyyədə dərk etməyə çalışın. Onda görəcəksiniz ki, qarşınızdakı çətinliklər aradan qalxır”.

Professor Anar İsgəndərli tələbələrin uğura Cümhuriyyətin 100 illiyi ərəfəsində çatdıqlarının ikiqat bayram olduğunu bildirib: “100 il öncə 100 tələbə xaricə oxumağa göndərildi. Onların taleləri acı oldu. Aprel işğalı onların arzularını belə, işğal etdi. Ancaq siz müstəqil ölkənin vətəndaşlarısınız. Savadlı təhsilinizlə ölkəmizin əbədi müstəqilliyini qoruya və daha işıqlı gələcəyə daşıya bilərsiniz”.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıb: “Siz Prezident təqaüdünə layiq görülmüsünüz. Bu etimadı sona qədər doğrultmaq borcunuzdur. Uğurlarınızın daha bol olacağına inanır və hər zaman sizə dəstək verməyə hazır olduğumuzu bildirirk”.

Müstəqil həyata qədəm qoyan tələbələr tanınmış elm xadimlərinin elm, təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdikləri dəyərli tövsiyələri dinləyib, onları maraqlandıran suallara ətraflı cavab alıblar.

Göstərilən diqqətə görə Bilik Fonduna minnətdarlığını bildirən gənclər və onların valideynləri dövlətin gənclərə və onların təhsilinə ayırdığı qayğıdan danışıblar. Tələbələr müxtəlif ali təhsil müəssisələrində təhsillərini ən yüksək səviyyədə davam etdirəcəklərinə söz veriblər.

Akademiklərlə səmimi görüşün sonunda alimlər 700 bal toplayan abituriyentlərə Bilik Fondunun hədiyyələrini təqdim ediblər.

Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq
Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
Loading Bars
Xəbər lenti
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdləri üçün buraxılış imtahanı keçirilir
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Bütün xəbərlər