...

Tamarisdə alman yaşayış evləri salınır (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2018 11:27 (UTC +04:00)
Marneuli bələdiyyə meriyasında, bələdiyyənin rəhbər şəxsləri və Cənubi Qafqazda Alman Mədəni Abidələrinin Mühafizəsi İttifaqının nümayəndələri arasında işgüzar görüş keçirilib.
Tamarisdə alman yaşayış evləri salınır (FOTO)

Bakı. Trend:

Marneuli bələdiyyə meriyasında, bələdiyyənin rəhbər şəxsləri və Cənubi Qafqazda Alman Mədəni Abidələrinin Mühafizəsi İttifaqının nümayəndələri arasında işgüzar görüş keçirilib.

Trend-in məlumatına görə, tərəflər Tamarisdə turizm potensialının inkişafı məsələsini müzakirə ediblər.

Eyni zamanda, Tamaris kəndində alman mədəni abidələrinin mühafizəsi, qorunması məqsədi ilə hazırlanmış layihə müzakirə edilib.

Görüşdə kəndin tarixi hissəsində, alman tərəfdaşlığının yardımçılığı ilə ictimai funksiya daşıyacaq və yerli sakinlər üçün faydalı olacaq alman yaşayış evlərinin salınması layihəsinə böyük diqqət ayrılıb.

Tədbirdə Tamarisin tarixi mərkəzinə çıxan yola Traubenberqin adının verilməsi müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti