...

Sağlamlıq imkanları məhdud şəxslər üçün fövqəladə hallara dair təlimat kitabı təqdim olunub (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2018 20:28 (UTC +04:00)
Bu gün sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbində Brayl əlifbasında çap olunmuş kitabın təqdimatı keçirilib.
Sağlamlıq imkanları məhdud şəxslər üçün fövqəladə hallara dair təlimat kitabı təqdim olunub (FOTO)

Bakı. Trend:

Bu gün sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbində Brayl əlifbasında çap olunmuş kitabın təqdimatı keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, layihə səfirliyin dəstəyi ilə həyata keçirilib.

Kitabda fövqəladə hallara dair təlimatlar yer alıb. Gözdən əlilliyi olan şəxslərin bu məlumatları istədikləri zaman rahat əldə edə bilməsi üçün zəlzələ, yanğın, dəm qazından zəhərlənmə, partlayı zamanı davranış qaydaları, hava nəqliyyatında təhlükəsizlik qaydaları, ilkin tibbi yardım, ekstrimal anlarda qısa nömrələrdən düzgün istifadə qaydaları Brayl əlifbasında kitab olaraq hazırlanıb.

Kitabın təqdimatı gözdən əlilliyi olan uşaqların təhsil aldığı internat məktəbində keçirilib. Tədbirdə nazirliklər və digər dövlət qurumlarının nümayəndələri, mötəbər beynəlxalq təşkilatların əməkdaşları, təşəbbüskar gənclər və media iştirak edib.

ABŞ səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri Mişel Petersen “ABŞ Səfirliyi belə bir ictimai əhəmiyyət kəsb edən layihəni dəstəkləməkdən çox məmnundur” deyə qeyt edib.

Layihənin müəllifi Elman Süleymanov “Bu kitabın nə zaman, neçə şəxsin həyatını xilas edəcəyini bəlkə də bilməyəcəyik amma bunun mütləq baş verəcəyinə əminik və dünən olduğundan daha rahat yata bilərik bugün” deyə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti