...

Sürücülər! Paytaxtın bu hissəsində ehtiyatlı olun, çünki... (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2018 20:25 (UTC +04:00)
Sürücülərdən son dərəcədə ehtiyatlı olmaları xahiş edilir.
Sürücülər! Paytaxtın bu hissəsində ehtiyatlı olun, çünki... (FOTO)

Bakı. Samir Əli - Trend:

Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib:

"Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib. Bununla yanaşı M.Rüstəmov küçəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb.

Qeyd edilənləri nəzərə alaraq sürücülərdən son dərəcədə ehtiyatlı olmalarını xahiş edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti