...

“Azərbaycanda kitabxanaçılıq təhsili” monoqrafiyası işıq üzü görüb

Cəmiyyət Materials 30 Noyabr 2018 13:48 (UTC +04:00)
“Azərbaycanda kitabxanaçılıq təhsili” monoqrafiyası işıq üzü görüb.
“Azərbaycanda kitabxanaçılıq təhsili” monoqrafiyası işıq üzü görüb

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Qardaşovun “Azərbaycanda kitabxanaçılıq təhsili” kitabı çapdan çıxıb.

Trend-in məlumatına görə, monoqrafiyada Azərbaycanda kitabxanaçılıq təhsilinin keçdiyi tarixi yola nəzər salınıb, kitabxanaçılıq təhsilinin yaranması, inkişafı və müasir vəziyyəti təhlil edilib. Azərbaycanda ilk kitabxanaçılıq kurslarından başlayaraq ali kitabxanaçılıq təhsilinə qədər keçilən yol müvafiq fəsil və bölmələrdə şərh olunub. Həmçinin kitabxanaçılıq təhsilinin məzmunu, peşə kompetensiyası, kitabxanaçılıq peşəsinin professioqramması, kitabxanaçılıq təhsilində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi araşdırılıb.

Kitabda, eyni zamanda, dünya təcrübəsində meydana gələn innovativ meyillər, Azərbaycan kitabxanaçılıq təhsili kontekstində qarşıda duran vəzifələr elmi əsaslarla müəyyən edilib.

Qeyd edək ki, R.Qardaşov bir monoqrafiyanın, altı fənn proqramının, bir tədris-metodiki vəsaitin müəllifidir. Onun 50-dək elmi məqalə və tezisi xarici nüfuzlu elmi jurnallarda və məcmuələrdə nəşr olunub. Gənc alim 2010-cu ildə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Gənc kitabxanaçılara yeni kitabxana texnologiyalarının öyrədilməsi” layihəsinin qalibi və rəhbəri olub. O, 2012-ci ildə Astanada keçirilən MDB-yə üzv ölkələrin kitabxanaçılarının X forumunda ölkəmizi təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti