...

Bakıda dərsdən sonra evə qayıtmadığı bildirilən şagirdlə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 26 Dekabr 2018 14:24 (UTC +04:00)
Bakının 230 nömrəli tam orta məktəb dərsdən sonra evə geri qayıtmadığı bildirilən şagirdi ilə bağlı məlumat yayıb.
Bakıda dərsdən sonra evə qayıtmadığı bildirilən şagirdlə bağlı AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının 230 nömrəli tam orta məktəb dərsdən sonra evə geri qayıtmadığı bildirilən şagirdi ilə bağlı məlumat yayıb.

Məktəbdən Trend-ə verilən məlumata görə, məktəbin "8 b" sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dekabrın 25-də V dərsin sonuna qədər məktəbdə olub. VI dərs fiziki tərbiyə fənni olduğu üçün şagird idman meydançasına və oradan da evə gedib. Ancaq şagirdin valideynləri övladının evə gəlmədiyini bildirib:

"Məsələ ilə bağlı aparılan araşdırmadan məlum olub ki, ailədə problemlər var. Şagirdin ata və anası ayrılıb. Sonradan anası yenidən ailə qurub. Sinif yoldaşlarından aldığımız məlumata görə, şagird evdəki problemlərlə bağlı məktəbdən çıxacağını söyləyib. Polisdən və valideynlərdən verilən məlumata əsasən, dünən şagirdlə bir neçə saat sonra əlaqə saxlayıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti