...

UNEC-də hər bir tələbənin müraciəti araşdırılır (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2019 16:27 (UTC +04:00)

Bakı. Trend:

Bu gün UNEC-də İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, qış imtahan sessiyası dövründə rektor, professor Ədalət Muradovun sədrliyi ilə hər həftənin şənbə günü keçirilən tədbirin məqsədi şəffaflığın daha da artırılması, sıravi vətəndaşların, həmçinin, tələbələrin müraciətlərinin dinlənilməsi, araşdırılması və qaydalar çərçivəsində həll edilməsidir.

“Açıq Qapı” zamanı tələbələrlə yanaşı, hər bir vətəndaş üçün qapılarını açan UNEC-ə şəffaflığın və obyektivliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ictimaiyyət nümayəndələri dəvət edilir, rektor, professor Ə.Muradov ilə birgə müraciətləri dinləyir, fikir və rəylərini bildirirlər.

Bu gün “Açıq Qapı” günündə İctimai Nəzarət Şurasının üzvləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, tələbə rektor Elmir Sadıqov təmsil olunublar.

Qəbul zamanı növbəti dəfə qeyd edilib ki, UNEC-də hər bir tələbə müraciəti dinlənilir, operativ sürətdə araşdırılır, mövcud qanunvericilik, qaydalar çərçivəsində zəruri addımlar atılır.

Müraciətlər əsasən qaib limitini aşmış, sessiya zamanı intizam qaydalarını pozumuş, yenidən imtahan vermək istəyən tələbələrdən daxil olub. UNEC rəhbərliyi və İctimai Nəzarət Şurasının üzvləri hər bir müraciəti diqqətli dinləyib, əksər məsələlər yerindəcə müsbət həll edilib. Bəzi müraciətlər əlavə olaraq araşdırılması üçün UNEC-in müvafiq struktur bölmələrinə yönəldilib.

Qeyd edək ki, “Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti