...

Nazirlik: Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir

Cəmiyyət Materials 1 Fevral 2019 15:27 (UTC +04:00)
Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır.
Nazirlik: Xəzər dənizi daha çox tullantı suları ilə çirklənir

Bakı. Samir Əli - Trend:

Xəzər dənizi daha çox tullantı suları ilə çirklənməyə məruz qalır.

Trend-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, bəzi müəssisələr tullantı sularını təmizləmədən birbaşa Xəzər dənizinə atmaqda davam edirlər:

"Əslində tullantı suları təmizləyici qurğulara yönəldilməli və təmizləndikdən, zərərsizləşdirildikdən sonra dənizə axıdılmalıdır. Lakin bəzi müəssisələrdə müvafiq standartlara cavab verməyən, primitiv üsulla düzəldilmiş sistemlərdən istifadə edirlər və bunu təmizləyici qurğu adlandırırlar. Hazırda tullantı sularının təmizlənməsi üçün çox sadə və asan idarə olunan texnologiyalar, təmizləyici qurğular mövcuddur. Ölkəmizdə də bəzi müəssisələrdə bu texnologiyalardan istifadə olunur".

Şöbə müdiri Xəzərin çirklənməsinin qarşısını almaq üçün müəssisələri tez bir zamanda tullantı sularının təmizlənməsi üçün çox sadə, müasir standartlara cavab verən, quraşdırılması və idarə olunması asan olan, eyni zamanda maliyyə cəhətdən sərfəli modul və stasionar qurğular quraşdırmağa çağırır:

"Mütəxəssislərimiz tərəfindən tullantı sularının idarə olunmasının icra prosesinə nəzarət ediləcək. Bu gün KİV vasitəsilə dənizi çirkləndirənlərə bir daha çağırış və tövsiyə edirik ki, tezliklə bu qurğulardan quraşdırsınlar. Sonra deməsinlər ki, eşitmədik, bilmədik. Hər bir fiziki və hüquqi şəxs problemin vacibliyini və aktuallığını başa düşməli, Nazirlik tərəfindən verilən xəbərdarlığın müddəti başa çatanadək tədbir görməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti