...

Corctaun Universitetinin professoru Bakıda inkluziv təhsillə bağlı mühazirə keçəcək

Cəmiyyət Materials 28 Fevral 2019 20:52 (UTC +04:00)
Mühazirələr təhsil sahəsində çalışan mütəxəssislər, psixoloqlar, aspirantlar, pediatorlar, və məhdudiyyətləri olan uşaqlarla işləyən şəxslər üçün açıqdır.
Corctaun Universitetinin professoru Bakıda inkluziv təhsillə bağlı mühazirə keçəcək

Bakı. Trend:

Martın 1 və 5-də Corctaun Universitetinin professoru və inkişafında məhdudiyyətləri və xüsusi tibb yardıma ehtiyacı olan uşaqlara yardım sahəsində çalışan tanınmış ekspert doktor Tobi Lonq inkluziv təhsil və davranma məsələlərinə dair muhazirələrlə çıxış edəcək.

ABŞ səfirliyindən Trend-ə verilən məlumata görə, mühazirələr martın 1-də Azərbaycan Dillər Universitetində yerləşən Amerika Mərkəzində və martın 5-də "Landmark Rotunda Hall"da keçiriləcək.

Mühazirələr təhsil sahəsində çalışan mütəxəssislər, psixoloqlar, aspirantlar, pediatorlar, və məhdudiyyətləri olan uşaqlarla işləyən şəxslər üçün açıqdır.

Daha ətraflı məlumatı ABŞ səfirliyinin feysbuk səhifəsindən əldə edə bilərsiniz

https://www.facebook.com/114366571914596/posts/2696904456994115/

Tobi Lonq Corctaun Universitetinin pediatriya fakultəsinin professorudur. O, həmçinin sözügedən universitetin İnkişaf Məhdudiyyətləri Məsələləri üzrə Mərkəzinin uşaqların inkişafı üzrə təlimçi direktorudur. Bu səfərini başa çatdırandan sonra doktor T.Lonq mayda yenidən Bakıya gəlməyi və Azərbaycan Tibb və Azərbaycan Pedoqoji universitetlərindən olan tərəfdaşları ilə işini davam etdirməyə planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti