...

Sosial sığınacaqdakı uşaqlar üçün Novruz şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2019 19:58 (UTC +04:00)
Sahil Babayev Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində Novruz bayramı münasibətilə təşkil olunan bayram şənliyində iştirak edib.
Sosial sığınacaqdakı uşaqlar üçün Novruz şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində Novruz bayramı münasibətilə təşkil olunan bayram şənliyində iştirak edib.

S.Babayev buradakı uşaqları, müəssisənin kollektivini təbrik edərək, xoş arzularını bildirib.

Sonra Novruza, baharın gəlişinə aid şeirlər, mahnılar səsləndirilib, rəqslər ifa edilib. Uşaqların ifasında Novruza aid adət-ənənələr, bayramın özünəməxsus kulinariya nümunələrinin hazırlanması prosesi, şəkərbura üzərində naxış vurma nümayiş olunub. Novruz tonqalı alovlandırılıb.

Müəssisə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial sığınacaqla və sosial təhlükəli vəziyyətdən çıxarılmaları üçün reabilitasiya xidmətləri ilə təmin olunmaları məqsədinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti