...

Neftçalada qadının qeysəriyyədən sonra dünyasını dəyişməsi ilə bağlı araşdırmalara başlanıldı

Cəmiyyət Materials 28 Mart 2019 12:14 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Neftçala rayonunda 1997-ci il təvəllüdlü Gülnaz Elxan qızı Abdullayevanın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 23-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişən G.Abdullayevanın birinci doğuşu olub. Onun bətnindəki dölün çəkisi 5 kiloqram olduğuna görə qeysəriyyə əməliyyatı edilməsi qərara alınıb:

"Uğurlu keçən əməliyyatdan sonra qadın palataya köçürülüb, 5 saat sonra qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan dünyasını dəyişib. Artıq hüquq-mühafizə orqanları ölüm faktı ilə bağlı araşdırmalara başlayıb. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti