...

Hacıqabul sənaye məhəlləsində istehsal edilən avtobuslar həm yerli bazar, həm də ixrac üçün nəzərdə tutulub

Cəmiyyət Materials 19 Aprel 2019 12:11 (UTC +04:00)
Hacıqabul sənaye məhəlləsində istehsal edilən avtobuslar həm yerli bazar, həm də ixrac üçün nəzərdə tutulub.
Hacıqabul sənaye məhəlləsində istehsal edilən avtobuslar həm yerli bazar, həm də ixrac üçün nəzərdə tutulub

Hacıqabul. Elnur Bağışov - Trend:

Hacıqabul sənaye məhəlləsində istehsal edilən avtobuslar həm yerli bazar, həm də ixrac üçün nəzərdə tutulub.

Trend-in məlumatına görə, “Azərmaş”ın İdarə Heyətinin sədri Emin Axundov bildirib.

E.Axundovun sözlərinə görə, avtobusların tutumu 41 sərnişindən yuxarı olacaq.

Sədr əlavə edib ki, Neftçalada istehsal olunan "Peugeot" avtomobilləri artıq satışa çıxarılmaqdadır: "İndiyədək 100-dən artıq avtomobil satılıb".

E.Axundov qeyd edib ki, təməli qoyulan yeni zavod "Azərmaş"ın yeni layihəsidir:

"İranın "Maral" treller şirkəti ilə "Azərmaş" ASC arasında distribüterlik müqaviləsi imzalanıb. Müqavilə ağır tonnajlı yük maşınları üçün qoşquların Azərbaycanda satışını nəzərdə tutur. Daha sonra həmin qoşquların istehsalı üçün Azərbaycanda yeni zavodun tikilməsi gözlənilir"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti