...

Nərminə Səmədova gürzlərlə hərəkətlərdə 2-ci AGF Junior Trophy turnirinin finalında

Cəmiyyət Materials 20 Aprel 2019 20:29 (UTC +04:00)
Azərbaycan gimnastı Nərminə Səmədova gürzlərlə hərəkətlərdə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüklsəlib.
Nərminə Səmədova gürzlərlə hərəkətlərdə 2-ci AGF Junior Trophy turnirinin finalında

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastı Nərminə Səmədova gürzlərlə hərəkətlərdə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüklsəlib.

Trend-in məlumatına görə, gürzlərlə hərəkətlərdə turnirin finalına həmçinin Sofya Aqafonova (Rusiya), Kseniya Steşits (Belarus), Sofiya Raffaelli (İtaliya), Asya Adi Kats (İsrail), Yeva Brezaliyeva (Bolqarıstan), Sabina Bakatova (Qazaxıstan) və Marqarita Kolosova (Almaniya) yüksəliblər.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Xəbər lenti

Xəbər lenti