...

Baytar: Aqressiyalarını azaltmaq üçün küçə itləri sterilizə olunmalıdır

Cəmiyyət Materials 22 Aprel 2019 16:32 (UTC +04:00)
Sahibsiz itlərə nəzarət gücləndirilməlidir.
Baytar: Aqressiyalarını azaltmaq üçün küçə itləri sterilizə olunmalıdır

Bakı. Ayşəm Rüstəmova - Trend:

Sahibsiz itlərə nəzarət gücləndirilməlidir. Bunu Trend-ə açıqlamasında baytar Orxan Hacılı deyib.

Baytarın sözlərinə görə, sürü halında gəzən küçə itlərinin bir sıra daxili qaydaları olur: "Məsələn, dişi uğrunda mübarizə, balalarını qorumaq instinkti, qidaya görə dalaşmaq və s. Bunlar hamısı itlərdə aqressiya yaradır. Aqressiyalarını azaltmaq üçün küçə itləri sterilizə olunmalıdır. Bu əməliyyatdan sonra itlərdə cinsi aktivlik aşağı enir. Belə olan halda heyvanlar tam sakit halda gəzə bilirlər, təhlükəsiz olurlar”.

O.Hacılı bildirib ki, quduz itlər insanlara qarşı aqressivliyi ilə seçilir: "Heyvanın quduz olmasından tam əmin olmaq üçün itlərdən analiz götürülür. Bu analizlər nəticəsində quduz olduğu müəyyənləşən itləri sağaltmaq mümkün deyil, çünki onlar tələf olurlar. Sağlam itlərə isə quduzluğa qarşı vaksin vurulur”.

Həkim bu sahədə cəmiyyətdə maariflənməyə ehtiyac olduğunu da vurğulayıb: "Küçə heyvanlarına, sahibsiz itlərə qarşı diqqətli olmaq vacibdir. Sahibsiz itlər insanlar tərəfindən əziyyətə məruz qaldıqları üçün aqressiv olurlar. Onlar ac və susuzdurlar. Qayğı görən, yemək və su verilən heyvanlar insanlara hücum etmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti