...

Göygöldə iaşə xidmətinin göstərilməsi təklif edilir

Cəmiyyət Materials 3 May 2019 15:52 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva -Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün sahibkarlara suvenir və hədiyyələrin, ayaqüstü qida məhsullarının satışı məqsədilə yüngül taxta və dəmir konstruksiyalı köşklərin qurulmasını təklif edir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, maraqlanan sahibkarlar may ayının 31-dək Nazirliyə müraciət edə bilərlər.

Daha ətraflı məlumat Nazirliyin rəsmi internet səhifəsinin (www.eco.gov.az) elanlar bölməsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti