...

Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti barədə: 3 nəfərin bədəninin 40 faizi və nəfəs boruları yanıb

Cəmiyyət Materials 9 May 2019 11:48 (UTC +04:00)
"İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən xəstələrdən 7 nəfərin vəziyyəti ağır olaraq qalır.
Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti barədə: 3 nəfərin bədəninin 40 faizi və nəfəs boruları yanıb

Bakı. Samir Əli - Trend:

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən xəstələrdən 7 nəfərin vəziyyəti ağır olaraq qalır.

Trend-in məlumatına görə, bunu xəstəxananın reanimotoloqu Aybəniz Nəbiyeva deyib.

Onun sözlərinə görə, hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti daha kritikdir: "3 nəfərin bədəninin 40 faizi və nəfəs boruları yanıb. Vəziyyəti kritik olanların 3-ü də xarici ölkə vətəndaşlarıdır. Digər xəstələrin isə vəziyyəti orta ağırdır. Xəstələrin bəzilərinin vəziyyəti normal olandan sonra evə buraxıla bilər".

Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti