...

Şamaxı Rəsədxanası: Azərbaycanda Ay bu gün axşam saatlarında gözlə görünəcək

Cəmiyyət Materials 4 İyun 2019 11:56 (UTC +04:00)
Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələrdə Ayın görünməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.
Şamaxı Rəsədxanası: Azərbaycanda Ay bu gün axşam saatlarında gözlə görünəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələrdə Ayın görünməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Rəsədxananın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni Ay 03 iyun 2019 cu il tarixdə 14-03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.

Təzələnmiş Ayın görünməsi yalnız ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur. Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş Ayın gözlə görmək mümkündür.

Odur ki, Azərbaycanda Ay bu gün axşam 20:20-21:06 radələrində gözlə görünəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti