...

Ölkədə uşaq ölümü 90-cı illərə nisbətən 3 dəfə azalıb

Cəmiyyət Materials 21 İyun 2019 13:12 (UTC +04:00)
Uşaqlar arasında ölüm halları 90-cı illərə nisbətən 3 dəfə azalıb.
Ölkədə uşaq ölümü 90-cı illərə nisbətən 3 dəfə azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Uşaqlar arasında ölüm halları 90-cı illərə nisbətən 3 dəfə azalıb.

Trend-in məlumatına görə, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

N.Quliyev bildirib ki, amma bununla kifayətlənmək olmaz:

"Biz çalışırıq ki, uşaq ölümlərinin statistikası dünyanın ən inkişaf etmiş ölkələrində qeydə alınan rəqəmlərə yaxınlaşsın. Bu məqsədlə ana və uşaqların sağlamlığı üçün tədbirlər həyata keçiririk".

Qeyd edək ki, daha öncə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdi ki, son 15 il ərzində Azərbaycanda ana ölümü 18.5-dən 12.7-ə, körpə ölümü 15.5-dən 11.1-ə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti