...

Gürcüstan rusiyalı turistlərin Azərbaycan ərazisindən daşınmasını təklif edir

Gündəm Materials 25 İyun 2019 20:09 (UTC +04:00)
Gürcüstan Hotellər Assosiasiyası bu ölkəyə gələn turistləri Azərbaycan ərazisi ilə pulsuz daşınmasını təklif edir
Gürcüstan rusiyalı turistlərin Azərbaycan ərazisindən daşınmasını təklif edir

Bakı. Trend:

Gürcüstan Hotellər Assosiasiyası bu ölkəyə gələn turistlərin Azərbaycan ərazisi ilə pulsuz daşınmasını təklif edir.

Trend-in məlumatına görə, Assosiasiya rəhbəri Şalva Alaverdaşvili Bakı, Yerevan, eləcə də Trabzon hava limanlarından Gürcüstana ödənişsiz avtobusların işə salınması təklifini irəli sürüb.

Onun sözlərinə görə, Rusiyanın Gürcüstana uçuşları dayandırmasından sonra Gürcüstanın itkiləri 750 milyon dollar təşkil edə bilər.

Bundan başqa, ölkəyə çarter reysləri təşkil edilə bilər. Ukrayna və Qazaxıstan bu cür reysləri keçirməyə hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti