Millət vəkili İsveçrədə Ümumdünya Qadın Sammitində qaçqınlarla bağlı çağırış edib (FOTO)

Millət vəkili İsveçrədə Ümumdünya Qadın Sammitində qaçqınlarla bağlı çağırış edib (FOTO)

Bakı. Trend:

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İsveçrənin Bazel şəhərində dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammitində iştirak edib, müzakirələr zamanı təkliflərlə çıxış edib.

Trend-in məlumatına görə, dünyanın 70-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən vitse-prezident, baş nazir qadınlar, nazir qadınlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.

Sammitdə Azərbaycandan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İradə Hüseynova, Fitoterapevtlər cəmiyyətinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, "İşgüzar qadınlar" cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Yeganə Əliyeva, Zenfira Musayeva, Janilya Qafarova, Cəmilə İsmayılova, Ramilə Şirinova, Tehran Nağıyeva, Könül Əfəndiyeva, Lətifə Əliyeva, Nəhayət Əliyeva, Sona Qələndərli iştirak ediblər.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva sammitin işində iştirak etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Millət vəkili sammit çərçivəsində ABŞ, Fransa, Almaniya, İslandiya, Qazaxıstan, Meksika, Hindistan, Malayziya, Çin, Cənubi Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Veytnam, Afrika, Kamerundan gəlmiş nümayəndə heyətləri ilə görüşüb və Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib və fikir mübadiləsi aparılıb. Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Q.Paşayeva tədbir və görüşlər zamanı ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də məlumatlar verib.

Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Q.Paşayeva tədbir iştirakçıları ilə yanaşı işgüzar xanımları da Azərbaycana dəvət edib. ABŞ, Fransa, Almaniya, İslandiya, Qazaxıstan, Meksika, Hindistan, Malayziya, Çin, Cənubi Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Veytnam, Afrika, Kamerundan olan fəal xanımlar Azərbaycan haqqında məlumatlı olduqlarını və böyük məmnuniyyətlə Azərbaycana səfər etmək və daha yaxından tanımaq istədiklərini bildiriblər. Q.Paşayeva və nümayəndə heyəti üzvləri sammitdə və sammit çərçivəsində keçirilən görüşlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları xarici ölkələrin fəal xanımlarına təqdim etmiş və geniş məlumatlar vermişlər.

Qeyd edək ki, dünyanın 70 ölkəsindən 1000-dən artıq nümayəndənin iştirakı ilə keçiriləcək sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilir.

Tədbirin açılışında bir sıra yüksək səviyyəli rəsmi şəxslər çıxış edərək qadınların dünyanın hər yerində bütün sahələrdə, cəmiyyətin və dövlətin idarə olunmasında, iqtisadiyyatda, biznesdə rolunun daha da genişləndirilməsinin vacibliyi, həllini gözləyən problemlər, görülən və görülməsi vacib işlər barədə çıxış ediblər, təkliflərlə, layihələrlə çıxış ediblər və tədbir iştirakçıları ilə geniş müzakirələr olub.

Azərbaycan turizm sahəsinin təkrar işə düşməsinə hazırdır
Azərbaycan turizm sahəsinin təkrar işə düşməsinə hazırdır
"Kolizey" yenidən ziyarətçiləri qəbul etməyə başladı
"Kolizey" yenidən ziyarətçiləri qəbul etməyə başladı
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
Loading Bars
Xəbər lenti
Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı - BNA tapşırıq verdi
"Samsung"un rəhbəri həbs oluna bilər
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif etdi
“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir (FOTO/VİDEO)
Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib - SXEM
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Prezident İlham Əliyev Sarıcalı kəndində yeni məktəb tikintisinə 2 milyon manat ayırıb
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb - Sərəncam
Azərbaycanla Türkiyə arasında uçuşlar iyunun 15-də bərpa oluna bilər - RƏSMİ
Sabah qısa iş günü olacaq
Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb (FOTO/VİDEO)
Vətəndaşlar yaşayış yerlərini 102-dən icazə almaqla tərk edə bilərlər
YAP rayon təşkilatının İdarə Heyətinin onlayn video konfransı keçirilib
6 və 7 iyunda keçirilməsi nəzərdə tutulan imtahanların vaxtı dəyişdirildi
“Azərkosmos”un sədri : Uğurlu idarəçi komandaya “çox sağ ol” deməyi vərdişə çevirməlidir
Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maskalar göndərib (FOTO)
İranda daha 59 nәfәr koronavirusdan ölüb
Sərt karantin rejimində tətbiq ediləcək məhdudiyyətlərin SİYAHISI
"Dərs vaxtı" verilişinin peşə təhsili pilləsi üzrə cədvəli açıqlanıb
Həftəsonu bu qurumların fəaliyyətinə icazə veriləcək - SİYAHI
Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunacaq
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Nihat Şenyuva: Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var
"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
Norveçdə torpaq sürüşməsi yaşayış məntəqəsini dənizə apardı (VİDEO)
Rauf Əliyev: Azərbaycanda koronavirus pandemiyası dövründə də sosial layihələr uğurla həyata keçirilir
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı - CƏDVƏL
Sabah Bakıda 29 dərəcə isti olacaq, rayonlarda isə dolu gözlənilir
Polis suda boğulan azyaşlını xilas etdi
İsveçdə işığı yandırıb-söndürmək üçün işçi axtarılır - Maaş 2300 dollar
Bu il gec işə salınan Bakı fəvvarələri - onların vəziyyəti nə yerdədir? - RƏSMİ
Aİ pandemiyanın təsirlərinin aradan qaldırılmasında Azərbaycana dəstək göstərməyə hazırdır (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakı sakini Gürcüstan vətəndaşını aldadıb 10 min dollarını aldı
Bu il Bakıda kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatları keçirilə bilər
Bitki dərmanından zəhərlənən qadın xəstəxanada öldü
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdir (FOTO)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
Daşkəsəndə qardaş bacısını odun parçası ilə qətlə yetirdi
Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri
Koronavirusa inanmayanların gətirdiyi əsaslar, şübhələr və cavabları (FOTO)
Belarusda yeni Baş nazir təyin olunub
DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar
Türkiyədən Afrikaya tibbi yardım
Əli Əhmədov: Heydər Əliyev unudulmur və unudulmayacaq
Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib (FOTO)
Dəniz səfirlərinin video konfransı keçirilib (FOTO)
Rusiyada daha 169 nəfər koronavirusdan ölüb
Banklar 100-ə yaxın şəxsə kiçik biznes qurmaq üçün aktivlər təqdim edib (FOTO)
Koronavirusa yoluxan azərbaycanlı jurnalist: Avtobusda maskadan istifadə etmirdim
Sosial şəbəkə mərəzliləri: onlar xalqa və dövlətə qənim kəsiliblər - "Politşou" təqdim edir (Videolayihə)
Azərbaycan nefti bahalaşır
DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı
İspaniya iyulun 1-dən turistləri qəbul edə bilər
Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi
Çində məktəblilərə hücum - 40 yaralı
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib
“Həkimlərimizi tanıyın!”: Mama-ginekoloq, t.f.d.Təranə Bayramova
Bu il 100 min hektaradək ərazidə təkrar qarğıdalı əkini aparıla bilər
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
Yeni yaradılan liseylərə qəbul qaydaları açıqlandı
Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)
ABŞ-da polisin öldürdüyü Corc Floydun koronavirusa yoluxduğu məlum oldu
Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər
Zaqatalada 2,6 ton çətənə kolu məhv edildi (FOTO)
Bakı Slavyan Universiteti yaz semestrinin imtahan sessiyasına tam hazırdır
Naqif Həmzəyev: Təkliflərimdən reallaşanı da var, həllini gözləyəni də (MÜSAHİBƏ)
Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alınıb
"İçərişəhər" ziyarətçiləri üçün xüsusi aksiya keçirildi (FOTO)
Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb
Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlanıb
Beşinci mərtəbədə narkotik yetişdirən "Pedro" tutuldu (FOTO)
Yunanıstanda ABŞ səfirliyinə hücum edilib
Azərbaycan turizm sahəsinin təkrar işə düşməsinə hazırdır
İspaniyada ölüm səviyyəsi 24 faiz artıb
Bakı sakini taksidə qarət olundu
Sabunçuda istifadəsiz kafedə oğurluq oldu
Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI
Keçmiş məhkum 6 kiloqram narkotiklə tutuldu
İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri
Bakıda keçmiş məhkum marşrutda 15 yaşlı oğlanı qarət etdi
11 vakant müəllim yeri sistemdən silinib - Murad Camalzadə
Ermənistan atəşkəsi 22 dəfə pozub
Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub - Təhsil Nazirliyi
ABŞ-da koronavirusa yoluxanların sayı 1,9 milyonu keçib
Türkiyədə komendant saatının yenidən tətbiq olunmasına münasibət bildirilib
Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"
Niderlandda kafenin terrasında avtomobil insanları vurub
Liviya MSH döyüşçüləri Tripoli hava limanını Haftar qüvvələrindən geri alıblar
Sabirabadda yanğın olub
Moskvada koronavirusdan 60-dan çox insan ölüb
Vaşinqtonda komendant saatı daha bir gün uzadılıb
Ağdaşda "VAZ" yanıb
Biləsuvarda zəlzələ qeydə alınıb
Dünyada koronavirusdan 600-dən çox tibb bacısı ölüb
DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib
Rəşad Mahmudov: Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir
Bütün xəbərlər