...

Yaylaqlarda səyyar baytarlıq xidməti göstərilir (FOTO)

Cəmiyyət Materials 15 İyul 2019 20:21 (UTC +04:00)

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar həkimləri Quba və Xızı rayonlarının yaylaqlarında heyvandarlıq təsərrüfatlarında olub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuş baytar həkimlər sürülərin sağlamlıq durumları ilə maraqlanıb və heyvanları yerindəcə baytarlıq baxışından keçiriblər.

Səyyar baxış zamanı yaylaqlarda xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev-1” vaksini ilə peyvəndləmə və heyvanların yataq yerlərində dezinfeksiya tədbirləri həyata keçirilib, sahibkarlar və çobanlar arasında maarifləndirmə işləri aparılıb, bukletlər təqdim olunub.

Agentlik əməkdaşları yaylaq şəraitində saxlanılan heyvanlarda aparılan profilaktik peyvəndləmə işləri, göstərilən baytarlıq xidməti ilə əlaqədar yerli baytar həkimlərə də tövsiyələr veriblər.

Növbəti səyyar baytarlıq xidmətinin Gədəbəy və Daşkəsən rayonlarının ərazisində yerləşən yaylaqlarda aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti