...

MN: Hərbi gəmilər “Dəniz kuboku-2019” müsabiqəsinə hazırdır

Cəmiyyət Materials 1 Avqust 2019 11:25 (UTC +04:00)
“Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmiş hərbi gəmilərin heyətləri yarışlara hazırdır.
MN: Hərbi gəmilər “Dəniz kuboku-2019” müsabiqəsinə hazırdır

Bakı. Trend:

“Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmiş Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Respublikasının Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin heyətləri yarışlara hazırdır.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

“Dəniz kuboku - 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti