...

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir (FOTO/VİDEO)

Cəmiyyət Materials 5 Avqust 2019 18:14 (UTC +04:00)
Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında iştirak edən ölkələrin nümayiş etdirdikləri tarix, mədəniyyət, incəsənət və milli mətbəx nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.
"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir (FOTO/VİDEO)

Bakı. Trend:

Moskvada səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında iştirak edən ölkələrin nümayiş etdirdikləri tarix, mədəniyyət, incəsənət və milli mətbəx nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Müdafiə naziri ilə birgə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçiriblər.

Müdafiə naziri eyni zamanda “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb.

Məlumat verilib ki, nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları tərəfindən hər gün yarış iştirakçılarına və qonaqlara yüzlərlə milli mətbəx nümunələri təqdim edilir.

Ölkəmizin ekspozisiyasını maraqla izləyən çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları təamların dadına baxırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti