...

Bakıda güclü külək nəticəsində xəsarət alan var

Cəmiyyət Materials 5 Avqust 2019 15:17 (UTC +04:00)
Filarmoniya yaxınlığında güclü külək nəticəsində qırılan ağacın budağı 20 yaşlı qadının üzərinə düşüb.
Bakıda güclü külək nəticəsində xəsarət alan var

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Səbail rayonunda Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığında güclü külək nəticəsində qırılan ağacın budağı 20 yaşlı qadının üzərinə düşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təcili tibbi yardım üçün çağırış saat 12.05-də daxil olub.

Xəstə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti