...

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirildi (FOTO/VİDEO)

Cəmiyyət Materials 16 Sentyabr 2019 19:28 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirildi.
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirildi (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirildi.

Açılış mərasiminin bədii hissəsi şərq motivləri ilə bəzədilib. Şou "Şərq nağılı" adlandırılmışdı.

"Şərq nağılı" şən cin və Alibaba ilə birlikdə inanılmaz bir macəra, sərvət və sevgi dünyasıdır. Əsas personajlar mənzərəli çiçək tarlalarından keçir, dənizçi Sinbadın idarə etdiyi okeanın geniş və dərin sularına düşür, Siklop tərəfindən qorunan dağlara qalxır.

Tamaşaçılar Ələddinlə gözəl Jasminin eşq hekayəsinin şahidi oldular.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti