Əli Həsənov: Ən şərəfli peşə sahibi-müəllim!

Əli Həsənov: Ən şərəfli peşə sahibi-müəllim!

Bakı. Trend:

İnsanı öz halal zəhməti hesabına yaşadan və ucaldan hər bir peşə şərəflidir, hər bir peşə sahibi də hörmətə layiqdir. Lakin dünyada bir peşə var ki, o peşənin sahibləri hər bir cəmiyyətin, hər bir fərdin həyatında əlahiddə rol oynayır, insanların mənəvi və əqli inkişaf səviyyəsini müəyyən edir, yetkin bir vətəndaşa çevrilməsinə töhfə verirlər. Söhbət, əlbəttə ki, müəllimlərdən gedir.

Trend-in məlumatına görə, bu fikirlər Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşımında yer alıb.

Paylaşımda deyilir: “UNESKO-nun qərarı ilə 1994-cü ildən başlayaraq hər il oktyabr ayının 5-i Ümumdünya Müəllimlər Günü kimi qeyd olunur. Bu tarixin Azərbaycanda da Müəllimlər Günü kimi qeyd olunması barədə qərar ümummilli lider Heydər Əliyev tərəfindən verilib. “Mən dünyada müəllimdən yüksək ad tanımıram”, - söyləyən Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə, təhsil işçilərinə xüsusi ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayıb, bu müqəddəs peşə sahiblərinin qayğısına qalıb, hər fürsət düşdükcə öz müəllimləri ilə görüşərək onlara səmimi minnətdarlığını ifadə edib. Ulu Öndər qeyd edirdi ki, hər birimiz tutduğumuz mövqedən, hansı məslək və peşə sahibi olmağımızdan asılı olmayaraq, bütün nailiyyətlərimizə görə, ilk növbədə, məktəbə və müəllimə borcluyuq.

Heydər Əliyevi yaxından tanıyanlar çox yaxşı bilirlər ki, Ulu Öndər dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimlərimizə özünün əsl silahdaşları kimi baxırdı. Əslində, ölkəmizin və millətimizin ən böyük müəllimi də elə Heydər Əliyevin özü idi. Onun bioqrafiyasını araşdıran bir çox tanınmış müəlliflər bu böyük dövlət adamını həm də Ustad müəllim kimi xarakterizə edirlər. Bəli, bu gün tərəddüdsüz söyləmək olar ki, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev həm də ölkəmizdə dövlət qurmağın, onu qoruyub saxlamağın, hərbi-siyasi çevrilişlərin qarşısını almağın, milli-vətəndaş birliyi yaratmağın, xalqı vahid ideya- azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməyin yollarını göstərən əsl müəllim idi. Bu gün Azərbaycan iqtidarı istər dövlət idarəçiliyində, istər daxili siyasətdə, istərsə də diplomatiyada məhz öz Müəlliminin- Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir.

Ümummilli Liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə müəllimlərimizə, bütövlükdə təhsilə və təhsil işçilərinə eyni həssaslıqla xüsusi diqqət və qayğı göstərilir. Bəzi faktları qeyd etmək istəyirəm: İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə 3200-dən çox məktəb tikilib, yaxud əsaslı təmir edilib. Ali məktəblərin binaları təmir edilib və yenidən qurulub, texniki təminatı ən yüksək səviyyəyə qaldırılıb, filialları ilə birgə sayları və coğrafiyası iki dəfəyə qədər genişləndirilib. Hər yeni dərs ilinin başlanğıcı Azərbaycanda onlarla yeni məktəbin, eləcə də bu və ya digər ali məktəbin, yeni fakültələrin, yeni tədris korpuslarının açılışı ilə yadda qalır. Təhsil müəssislərinin texniki təchizatına, dərsliklərlə təmin edilməsinə hökumət tərəfindən xüsusi nəzarət olunur. Milli kadrların hazırlanması məqsədilə son on beş ildə minlərlə Azərbaycan gənci dövlət hesabına xarici ölkələrdə təhsil alıb və almaqda davam edir. Bu istiqamətdə pedaqoji kadrların hazırlanması işi də ildən-ilə təkmilləşdirilir, zəruri sahələrdə mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, ixtisas artırması və s. istiqamətdə xarici təhsil müəssisələri ilə geniş əməkdaşlıq edilir.

Azərbaycanda müəllimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Prezident tərəfindən davamlı olaraq xüsusi addımlar atılır. Ölkə başçısının müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı ölkə üzrə təxminən 5000 nəfəri ötüb. Bundan başqa, ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi işi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Beləliklə, cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin imkanları, büdcənin gəlirləri artdıqca təhsil işçilərinin də maaşları artırılır və bu addımlar gələcəkdə də davam etdiriləcək, digər vətəndaşlarımız kimi, müəllimlərin də maddi rifahının yüksəldilməsi üçün lazımi qərarlar qəbul ediləcək.

Bir faktı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə müasir standartlara cavab verən təhsil komplekslərinin yaradılması və məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi işinə xüsusi diqqət yetirir. Onun təşəbbüsü ilə 2005-2012-ci illər ərzində həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Fondun təhsil proqramlarında aztəminatlı ailələrdən olan şagirdlər də unudulmur və hər tədris ilinin əvvəlində aztəminatlı ailələrin birinci sinfə gedən uşaqlarına bütün məktəb ləvazimatları hədiyyə edilir.

Əziz müəllimlər, sonda diqqətinizi Ümummilli Liderin belə bir tarixi fikrinə yönəltmək istəyirəm. Ulu Öndər söyləyirdi ki, müəllimlərimizin əsas vəzifəsi əlbəttə ki, ilk növbədə, gənc nəslə - məktəblərə qədəm qoyan şagirdlərə, ali məktəblərə qəbul olunan gənclərə yaxşı təhsil verməkdən ibarətdir. Amma gərək unutmasınlar ki, hər bir azərbaycanlı gənc yaxşı təhsil almaqla yanaşı, həm də gərək dəyərli vətəndaş kimi formalaşsın, öz dövlətinə, millətinə və xalqının adət-ənənələrinə sadiq vətəndaş kimi yetişsin!

Beləliklə, gələcəyimiz sizlərə əmanətdir, əziz müəllimlər! Peşə bayramınız mübarək olsun!”.

Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) açıq tender elan edib
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Bank VTB (Azərbaycan) kuryer xidmətlərin alınması ilə əlaqədar tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Unibank texniki avadanlıq alınması üzrə tender elan edir
Loading Bars
Xəbər lenti
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Avropa və İngiltərədə risklər yenidən artır
Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb
Dəmiryol stansiyasından çuqun barmaqlıqlar oğurlanıb (FOTO)
Ötən ilin sonu İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Qadağan edilmiş məlumatları yerləşdirən sosial media istifadəçilərinə xəbərdarlıq edilib, 1 nəfər həbs olunub
Çayxanada qumar oynayanlar saxlanılıblar
Litvada məktəblər distant təhsilə keçir
Buraxılış imtahanlarının dəqiq tarixləri nə üçün gec açıqlanır?
Jurnalistlər məlumatlarla təmin edilməlidir - Əhməd İsmayılov
Bu şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib
Bağlı qalmış 8 cinayət işi açılıb
Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən bacanaqlar saxlanılıb (FOTO/VİDEO)
Bərdə sakini qonşusunu güllələyib öldürüb
Ötən il Baş Prokurorluğun İstintaq idarəsində 96 cinayət işinin istintaqı tamamlanıb - Kamran Əliyev
Pekində Qış Olimpiya Oyunlarına gələn daha 6 nəfərdə koronavirus aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb
Dillər Universitetində Qış Olimpiya Oyunlarına həsr olunmuş seminar keçirilib (FOTO)
A-Qroup sığorta şirkəti Lənkəran şəhərində yeni nümayəndəlik açıb (FOTO)
Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək
Azad edilmiş ərazilərə reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq
Evdən çıxan 5 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb
Ötən həftə 67 hektardan çox ərazi minalardan təmizlənib
Ermənistanda prezidentliyə mümkün namizədlərin adı açıqlanıb
Ötən il qeydə alınmış cinayətlərin 87,3 faizinin üstü açılıb - Baş prokuror
Uşaq cərrahı Vüsal Cəfərov canlı yayımda “Uşaqlarda Laparoskopik cərrahiyyə” mövzusunda çıxış edəcək
Bu yolda hərəkət birtərəfli olacaq (VİDEO)
Həftəsonu 700-dən çox toyda monitorinq aparılıb, 16 nəfər cərimələnib
Masallı sakinlərindən qanunsuz silah götürülüb
2022-ci ildə Avropa-Qafqaz-Asiya dəhlizi çərçivəsində yeni pilot layihə işə salınacaq - TRACECA (MÜSAHİBƏ) (FOTO/VİDEO)
Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb
Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb (FOTO)
Alimlər ilk dəfə canlı hüceyrənin tam dolğun modelini hazırlayıblar
2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu
Pekində COVID-19-un yayılması Çinin digər bölgələrində də epidemioloji vəziyyətini pisləşdirib
Şuşa və Ağdama ilk sərnişin avtobus reysi yola düşdü (FOTO)
Azad edilən torpaqlara avtobus reyslərinin açılması bu ərazilərin inteqrasiyasında mühüm rol oynayacaq - DANX
Yanvar ayında Avropa rekord həcmdə maye qaz idxal edəcək
Husilər Səudiyyə Ərəbistanına ballistik raket atıblar
Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ hərbçi yerləşdirilməsi planını təqdim edib
Peyvənd olunmuş insanlarda "omikron"un beş simptomu açıqlanıb
ABŞ HDQ husilərə partlayıcı maddələr daşıyan gəmini ələ keçirib
Qarlı hava şəraiti səbəbindən Ankara ilə İstanbulu birləşdirən yol bağlanıb
İtaliya parlamentində ölkə prezidenti seçkilərinə start verilir
Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb
ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib
Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
Malidəki hərbi bazaya hücum nəticəsində fransız hərbçi həlak olub
İşğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reysləri başlayır
Çexiyada quş qripinə yoluxma faktları qeydı alınıb
Brüsseldə etirazçılarla polis arasında toqquşma baş verib
Ermənistan prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirəcək
Ağstafada yol qəzası nəticəsində "BMW" yanıb
ÜST "omicron"-dan daha yoluxucu ştammların meydana çıxmasını istisna etmir
Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq (FOTO)
Göygöldə yük avtomobili yanıb
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Ermənistan prezidenti istefa verib
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Sumqayıtda yataqxana binasında yanğın olub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO/VİDEO)
İraq qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıblar
Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
İranda daha 28 nəfər koronavirusdan ölüb
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub
Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb
Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib
İstanbulda avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub
Qubada evdə kişi meyiti tapılıb
Bakıda vaqon yanıb
Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Bütün xəbərlər