...

Bakı Dövlət Sirki köçür?

Cəmiyyət Materials 18 Oktyabr 2019 15:16 (UTC +04:00)
Bakı Dövlət Sirkinin köçürülməsi ilə bağlı məsələ müzakirə olunsa da, hələlik yeni tikiləcək binanın yeri məlum deyil.
Bakı Dövlət Sirki köçür?

Bakı. Samir Əli - Trend:

Bakı Dövlət Sirkinin köçürülməsi ilə bağlı məsələ müzakirə olunsa da, hələlik yeni tikiləcək binanın yeri məlum deyil.

Bunu Trend-ə açıqlamasında Bakı Dövlət Sirkinin Mətbuat xidmətinin rəhbəri Mahir Rəsuloğlu deyib.

Onun sözlərinə görə, Bakı Dövlət Sirkinin hazırkı binası köhnə olduğu üçün burada təmir işləri aparmaq çətindir: "Bu səbəbdən yeni, müasir tələblərə cavab verən binaya ehtiyac var. Bu istiqamətdə işlər gedir".

M.Rəsuloğlu bildirib ki, Bakı Dövlət Sirki hansısa hazır binaya köçürülməyəcək: "Bunun üçün yeni bina tikilməlidir və bu istiqamətdə də iş aparılır. Həmin bina tikilib Bakı Dövlət Sirki üçün tam hazır vəziyyətə gətiriləndən sonra sirk ora köçürüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti