...

"Bakı Metropoliteni" maşinist seçimi aparır - Qadınlar müraciət edə bilər

Cəmiyyət Materials 30 Oktyabr 2019 14:20 (UTC +04:00)
"Bakı Metropoliteni" maşinist peşəsinə seçimlər aparır.
"Bakı Metropoliteni" maşinist seçimi aparır - Qadınlar müraciət edə bilər

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Bakı Metropoliteni" maşinist peşəsinə seçimlər aparır.

Trend-in məlumatına görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 3-cü dəfədir yeni qayda ilə maşinist peşəsinə seçimlər aparır. Yaşı 24-30 arası olan texniki təhsilli xanımlar bu sahədə özlərini sınaya bilərlər. Qeydiyyat vaxtı noyabr ayının 8-də yekunlaşır.

Xatırladaq ki, artıq bir neçə aydır "Bakı Mertropoliteni"nin xətlərində hərəkət edən qatarlardan birini xanım maşinist idarə edir. Birinci seçimlərdə xanımların fəallığı olsa da, yalnız biri sona qədər özünü sınayıb və uğur qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti