...

Tel-Avivdə İsrail-Azərbaycan "Azİz" Beynəlxalq Assosiasiyasının III qurultayı keçirilib

Cəmiyyət Materials 29 Noyabr 2019 03:07 (UTC +04:00)
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti assosiasiyanın hesabat-seçki tədbirinə qatılıb
Tel-Avivdə İsrail-Azərbaycan "Azİz" Beynəlxalq Assosiasiyasının III qurultayı keçirilib

Bakı. Trend:

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti assosiasiyanın hesabat-seçki tədbirinə qatılıb.

Azərbaycandan gələn qonaqlar arasında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Mətanət Bağıyeva, Dünya Yəhudi Konqresinin vitse-prezidenti Matvey İlizarov, Quba rayon administrasiyasının başçısının Krasnaya Sloboda nümayəndəsi Pisax İsakov və Amerika-İsrail ölkələri sektorunun rəhbəri Salhat Abbasova və digərləri iştirak ediblər.

Qurultayda İsrail tərəfini "Evimiz İsrail" partiyası tərəfindən Knesset Məclisin deputatı Mark Ifraimov, STMEGI xeyriyyə fondunun İsrail bölməsinin sədri Robert Abramov, şəhər merlərinin müavinləri Adam Amilov (Kiryat Yam), Mixail Sutovskiy (Holon), Nyuma Rachevsky (Kiryat Bialik), Xava Naxşonova (Sderot), bələdiyyə şuralarının deputatları, ictimai təşkilatların və icmaların rəhbərləri və nümayəndələri, görkəmli mədəniyyət və elm xadimləri və digər yüksək vəzifəli şəxslər təmsil ediblər.

Qurultayda həmçinin İsraildə akkreditə olunmuş diplomatik qurumların nümayəndələri, xüsusən Rusiya Federasiyasının İsraildəki səfirinin müşaviri İqor Martınov və Rus Mədəniyyət Mərkəzinin direktoru Denis Parxomçuk da iştirak ediblər.

Qurultayı açan "Azİz" Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman salonda iştirak edən qonaqları və qurultay nümayəndələrini salamladiqdan sonra kürsünü Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova təqdim edib.

F.Muradov ətraflı məruzəsində "Azİz" assosiasiyasının ölkə və beynəlxalq səviyyələrdə geniş səmərəli fəaliyyətini qeyd edib, bütün cəmiyyət üzvlərini yaşayış ölkələrində Azərbaycanın milli mədəni irsinin qorunması naminə birləşməyə və əməkdaşlıq etməyə çağırıb və hər kəsə İsrailin və Azərbaycan xalqları xeyrinə uğurlar arzulayəb. Çıxışın sonunda Diasporla İş üzrə Komitənin müxtəlif yaradıcılıq fəaliyyəti və layihələri haqqında sənədli film nümayiş etdirilib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rauf Əliyev öz çıxışında İsrail ilə Azərbaycan arasındakı iqtisadi potensialdan və hökumət strukturları səviyyəsində uğurlu əməkdaşlıqdan danışıb, iştiakçılara uğurlar arzulayıb, iki ölkə və xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə çağırıb.

İsrail tərəfi adından Knesset millət vəkili Mark Ifraimov çıxışında İsrail ilə Azərbaycan arasındakı mövcud işgüzar və humanitar əlaqələrin qorunması və genişləndirilməsinin vacibliyindən bildirdi və iki qardaş xalq arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb.

Daha sonra söz verilən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Mətanət Bağıyeva iştirak edənləri salamlayaraq diaspor təşkilatlarının Azərbaycanın tarixini, mədəniyyətini və müasir həqiqətlərini bütün dünyada tanıtmaqda əlaqəli və çox istiqamətli işinin vacibliyini qeyd etdi və "Azİz"in bu istiqamətdə praktiki, səmərəli işini vurğulayıb.

Növbəti çıxışda Beynəlxalq Yəhudi Xeyriyyə Fondunun İsrail bölməsinin sədri və İsrail Silahlı Qüvvələrinin polkovniki Robert Abramov iştirakçılara müraciət edərək, təbrikdən sonra "Şolumi" Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan Xeyriyyə Fondu STMEGI-nin prezidenti German Zaxaryevin konqresin nümayəndə və qonaqlarına təbrik məktubunu oxumağı xahiş edib.

Rəsmilərin çıxışlarının sonunda "Azİz" idarə heyətinin üzvü, "Azİz" beynəlxalq birliyinin III qurultayının təşkilat komitəsinin sədri Yuri Boçarova söz verildi. Sədrin təklifi ilə qurultay nümayəndələri ikinci və üçüncü qurultaylar arasındakı dövr üçün kollegiya hesabatını, nizamnaməyə dəyişiklikləri, habelə "Azİz" idarə heyətinin tərkibini 27 nəfər və ictimai şuranın tərkibini 21 nəfər sayında təsdiq ediblər. Sonda Y. Bocharov ən fəal liderlərindən biri Lev Spivakın "AzIz" beynəlxalq assosiassiyasının rəhbəri seçilməsini təklif edib. Bu təklif gurultulu alqışlarla qarşılanıb.

"Azİz" beynəlxalq assosiasiyasının yeni seçilmiş rəhbəri Lev Spivak çıxışında dinləyicilərə göstərdikləri etimada görə təşəkkür edib, təşkilatın hesabat dövrü və aktivistləri haqqında danışib, gələcək planları ilə bölüşüb və iştirakçıları bundan sonra da "Azİz" assosiasiyasının Azərbaycandan olan mühacirlərin cəmiyyətini İsraildə toplamaq, İsrail ilə Azərbaycan arasındakı əlaqələri və hər iki ölkənin xalqları arasında dostluğu möhkəmləndirmək naminə uğurlu, müxtəlif və səmərəli fəaliyyəti üçün səylərini əsirgəməyəcəyinə əmin edib.

Sonra Dünya Yəhudi Konqresinin vitse-prezidenti Matvey İlizarov, Bakıdakı yəhudi məktəbinin direktoru Ravvin Şmuel Simantov, Rusiyadakı Belarusiyalıların federal milli-mədəni muxtariyyətinin icraçı direktoru Oksana Solopova, Holon şəhərinin vitse-meri Mixail Sutovskiy, Ukrayna-Azərbaycan-İsrail" cəmiyyətinin nümayəndəsi, tarix elmləri doktoru Boris Zabarko qurultayın kürsüsündən çıxış ediblər.

Qurultayın bütün qonaqlarına və nümayəndələrinə qurultayın rəsmi sənədləri ilə birgə Qüds Universiteti tərəfindən İvrit və İngilis dillərində nəşr olunan tarix elmləri doktoru Liya Mikdaşiyevanın "Tarix, adət-ənənələr və dağ yəhudilərinin həyatı" adlı fundamental monoqrafiyası təqdim olunub. Bununla yanaşı, qonaqlara israil ifaçılarının azərbaycan dilində ifa etdikləri mahnıları ilə "AzIz" assosiasiyası tərəfindən müxtəlif illərdə buraxılan audiokassetləri, "Şolumi" Mərkəzi ilə birgə nəşr edilən Çingiz Abdullayevin "Kuba Capriccio" audiokitabı və Leyla Begim, Efim Abramovun STMEGI Fondu ilə birlikdə buraxdıqları "Qurbanlıq" pyesi hədiyyə olaraq təqdim edilib.

Qurultay israilli musiqi kollektivlərinin çıxışları ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti