...

Azərbaycanda yeni sayt fəaliyyətə başlayıb

Cəmiyyət Materials 10 Dekabr 2019 12:57 (UTC +04:00)
Bu gündən internet məkanında yeni informasiya və analitika portalı 7-gun.com fəaliyyətə başlayıb.
Azərbaycanda yeni sayt fəaliyyətə başlayıb

Bakı. Samir Əli - Trend:

Bu gündən internet məkanında yeni informasiya və analitika portalı 7-gun.com fəaliyyətə başlayıb.

Saytın baş redaktoru Elxan Qənbərli Trend-ə portalın məram və məqsədləri haqqında məlumat verib: "Kəmiyyət deyil, keyfiyyət üzərindən uğur qazanmaq əzmindəyik. Hazırda elektron informasiya efirində internet resurslarının sayı sürətlə artır və rəqabət çox böyükdür. Bununla belə, ciddi jurnalistika ilə məşğul olan, tərəddüdsüz etibar edilən, güvənilən və informasiya siyasətini maarifçilik üzərində qurmuş saytlar azdır.

7-gun.com məhz bu səbəbdən korporativ maraqlar naminə ucuz sensasiya və “sarı” xəbər formatından imtina etməyi düşünür. Kəmiyyət deyil, keyfiyyət kateqoriyası əsasında cəmiyyət üçün zəruri və faydalı informasiya istehsalına, yayımına üstünlük verəcəyik.

Qırmızı cizgilərimiz də keçilməzdir: Azərbaycanın dövlət və milli maraqlarına, mənəvi dəyərlərinə uyğunluğu prioritet fəaliyyət istiqaməti seçən 7-gün.com informasiya siyasətində mötəbərlik, obyektivlik, tərəfsizlik prinsiplərinə əsaslanacaq.

Modern texnologiya və müasir dizayn elementləri əsasında hazırlanmış 7-gun.com portalının texniki imkanları genişdir. Odur ki, qeyd olunan prinsiplər çərçivəsində Azərbaycana fayda vermək istəyən hər kəs - jurnalistlər, ədiblər, elm-mədəniyyət-idman xadimləri, ictimai fəallar portalımızda çıxış edə, hətta öz fərdi yaradıcılıq səhifələrini yarada, idarə edə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti