...

Azərbaycanda bir həftə qeyri-iş günü olacaq

Cəmiyyət Materials 31 Dekabr 2019 09:33 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil başlayır.
Azərbaycanda bir həftə qeyri-iş günü olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil başlayır.

Trend-in məlumatına görə, 2019-cu ilin dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günüdür.

Qeyd edək ki, Baş Nazir Əli Əsədov imzaladığı qərarla ölkədə iş və istirahət günlərinin yerinin dəyişdirilib. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti