...

Təhsil naziri zəlzələ zonasından təxliyə edilən tələbələrin aqibətinə aydınlıq gətirdi

Cəmiyyət Materials 27 Yanvar 2020 12:25 (UTC +04:00)
Türkiyədə baş verən zəlzələ ilə əlaqədar 102 azərbaycanlı tələbə bu ölkədən avtobuslarla Naxçıvan Muxtar Respublikasına, oradan da aviareyslə Azərbaycana qaytarılıb.
Təhsil naziri zəlzələ zonasından təxliyə edilən tələbələrin aqibətinə aydınlıq gətirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar 102 azərbaycanlı tələbə bu ölkədən avtobuslarla Naxçıvan Muxtar Respublikasına, oradan da xüsusi aviareyslə Azərbaycana gətirilib.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Türkiyədə baş verən zəlzələdən sonra təxliyə edilən tələbələrimizlə bağlı məsələnin dövlət başçısının xüsusi nəzarətində olduğunu deyən C.Bayramov bildirib ki, hazırda geri qaytarılan tələbələr tətildədirlər:

"Sonrakı mərhələdə tələbələrin dərslərində hansısa fasilələrin yaranacağı ilə bağlı suallara müəyyən vaxtdan sonra dəqiq cavab veriləcək. Eyni zamanda, yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti