...

Serbiya ilə sosial təminat sahəsində əməkdaşlığa dair müzakirələrə başlanıb

Cəmiyyət Materials 18 Fevral 2020 15:36 (UTC +04:00)
Bu məqsədlə həmin ölkənin nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Serbiya ilə sosial təminat sahəsində əməkdaşlığa dair müzakirələrə başlanıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Serbiya Respublikası Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyinin nümayəndə heyəti ilə birgə Azərbaycan və Serbiya arasında sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirin müşaviri Mustafa Abbasbəyli ölkəmizdə aparılan uğurlu sosial siyasətin nailiyyətləri barədə nümayəndə heyətinə məlumat verib. O, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, habelə pensiyaların artırılması istiqamətində atılan mühüm addımları qeyd edib. M.Abbasbəyli Azərbaycanda sosial sahədə aparılan genişmiqyaslı islahatları diqqətə çatdırıb, DOST konsepsiyası barədə ətraflı məlumat verib. Serbiya ilə sosial təminat sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu deyib. Bu sahədə əlaqələrin qarşılıqlı fayda verəcəyini, xüsusilə də hər iki ölkənin vətəndaşlarının digər ölkədə gələcək bərabər hüquqlu, etibarlı pensiya təminatına nail olması üçün önəmli olacağını vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, Serbiyanın Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər nazirinin köməkçisi Zoran Milosevic ölkəsində əhalinin sosial müdafiəsinin təmin edilməsi üçün aparılan işləri və həyata keçirlən islahatlardan bəhs edib. O bu sahələrdə, eləcə də pensiya təminatı sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüş Azərbaycanın və Serbiyanın sosial təminat, xüsusilə pensiya sistemləri barədə qarşılıqlı təqdimatlarla, maraq doğuran sualların cavablandırılması ilə davam edib. Sosial təminat sahəsində gələcək əməkdaşlığa dair müzakirələrin yekunlarına dair protokol imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti