...

Texniki səbəbdən Bakıya qayıdan təyyarə Ankaraya yola salınıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 29 Fevral 2020 17:14 (UTC +04:00)
Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib.
Texniki səbəbdən Bakıya qayıdan təyyarə Ankaraya yola salınıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İlk xəbər 11:34-də yayımlanıb

Bakı-Ankara aviareysi ilə uçan və texniki səbəbə görə Bakı aeroportuna geri qayıdan təyyarə Ankaraya yola salınıb.

AZAL-dan Trend-ə verilən məlumata görə, təyyarə saat 13:00-da Ankaraya yola düşüb.

***

11:34

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib.

Bu barədə Trend-ə AZAL-dan məlumat verilib.

Məlumata əsasən, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib.

İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti