...

Dənizkənarı Bulvar İdarəsində dezinfeksiya işləri aparılıb (FOTO)

Cəmiyyət Materials 6 Mart 2020 14:23 (UTC +04:00)
Dənizkənarı Bulvar İdarəsində dezinfeksiya işləri aparılıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dənizkənarı Bulvar İdarəsində dezinfeksiya işləri aparılıb.

Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsindən bildiriblər.

Qeyd olunub ki, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri həyata keçirilib. Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub.

Dezinfeksiya işlərini bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət həyata keçirir. İşlər qrafikə uyğun davam etdiriləcək.

Koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin struktur qurumlarında əməkdaşlar arasında maarifləndirmə işləri də aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti