Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimai maarifləndirmə tədbirləri çərçivəsində videoçarx təqdim edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək qanunvericiliyinə əsasən gündəlik iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz.
Vətəndaşlar əmək müqaviləsi əsasında işləməklə digər əmək-sosial hüquqlarla yanaşı, gündəlik yalnız 8 saat işləmək hüququna da malik olurlar.