Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat həcmində vəsait köçürüb.
Trend-in məlumatına görə, məqsəd virusun Azərbaycanda yayılmasının qarşısını almaqla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, eləcə də yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.