...

Quba polisi gücləndirilmiş iş rejimində çalışır (FOTO)

Cəmiyyət Materials 28 Mart 2020 16:52 (UTC +04:00)

Bakı. Trend:

Quba polisi gücləndirilmiş iş rejimində çalışır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

RPŞ-nin DYP bölməsinin inspektorları tərəfindən elan edilmiş xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti